Şəxsiyyət vəsiqələri dəyişdiriləcək

Şəxsiyyət vəsiqələri dəyişdiriləcək

Rusiyanın baş naziri Dmitri Medvedyev ölkədə elektron şəxsiyyət vəsiqəsinə keçilməsi üçün hazırlanan layihəni təsdiqləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkə vətəndaşları haqqında məlumatı özündə əks etdirən plastik pasportlar 2016-cı ilin 1 Yanvar tarixindən əhaliyə paylanacaq. Hazırda mövcud olan pasportların istifadəsinə isə 2025-ci ildən etibarən məhdudiyyət qoyulacaq.

Baz nazirin sözlərinə görə, şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəz edilməsi layihəsi vətəndaşa istiqamətli xidmət keyfiyyətinin artırılması və onların dövlət dairələrindən daha çevik xidmət almalarını təmin etmək üçün irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə