Suriya məsələsi Soçidə gündəmə gələcək

Suriya məsələsi Soçidə gündəmə gələcək

Rusiyanın təşəbbüsü ilə əsası qoyulan Kollektiv Təhlükəsizlik Razılaşması Təşkilatına üzv olan ölkələrin liderləri Soçi şəhərində bu gün bir araya gələcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putinin ev sahibliyi etdiyi zirvə görüşündə Əfqanıstan və Suriya ilə bağlı müzakirələr aparılacaq. Mövzu ilə əlaqədar Kremlin məsləhətçisi Yuri Uşakov mətbuata açıqlama verib. O, açıqlamasında zirvə görüşündə Suriya mövzusunda ortaq bəyannamənin qəbulunun gözlənildiyini dilə gətirib: "Üzv ölkələr hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi barədə çoxşaxəli tədbirlər görəcək. Ortaq hava müdafiə sistemlərinin gücləndirilməsi isə ilk addımlardan biri olacaq".

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Razılaşması SSRİ dağıldıqdan sonra 1992-ci ildə imzalanıb. 2002-ci ildən isə Rusiya da daxil olmaqla Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan təşkilatın üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə