Fırtına və qasırğa nəticəsində 115 nəfər ölüb

Fırtına və qasırğa nəticəsində 115 nəfər ölüb

Meksikada fırtına və qasırğa nəticəsində 115 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Enrike Penya Neto məlumat verib. La Peska şəhəri yaxınlığında yerləşən yaşayış yeri və Qerrero ştatında La-Pintada kəndi torpaq altında qalıb. Ölkə prezidentinin sözlərinə görə, artıq dağıntılar altında kiminsə sağ qala biləcəyinə ümid qalmayıb.

Qeyd edək ki, "İnqrid" tropik fırtınası və "Manuel" qasırğasına daşqınlar səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə