Bəşər Əsəd qətnamədən narahat deyil

Bəşər Əsəd qətnamədən narahat deyil

"ABŞ, Fransa və Böyük Britaniya özlərini xəyali düşmənləri olan Suriyaya qarşı müharibədə qalib etmək istəyirlər". SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Suriya prezidenti Bəşər Əsəd telekanalların birinə müsahibə verərəkən deyib.

Bəşər Əsəd müsahibəsi zamanı ABŞ, Böyük Britaniya və Fransa tərəfindən hazırlanan BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsindən narahat olmadığını deyib.

Qeyd edək ki, ötən həftə adıçəkilən 3 ölkə BMT TŞ-nin daimi üzvlərinə Suriya üzrə qətnamə layihələrini təqdim ediblər. Qətnamə Suriyaya hərbi müdaxilə imkanlarını istisna etmir. Rusiya isə buna açıq şəkildə etiraz edir.

Bütün xəbərlər Facebook səhifəmizdə