Hakimiyyət 54 vətəndaşını qətlə yetirdi

Hakimiyyət 54 vətəndaşını qətlə yetirdi

Suriyada Əsəd rejiminin rəhbərlik əleyhdarlarına qarşı təşkil etdiyi hücumlarda 54 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqqları Təşkilatı (SNHR) rəsmi məlumat yeyıb. Məlumata əsasən, rejimin müxaliflərin nəzarətində olan bölgələrə raket və təyyarələrdən etdiyi hücumlarda Həmada 19, paytaxt Dəməşqdə və Hələbdə 20, Həmasda 7, Rakkada 3, Kuneytra və İdlibdə 4, Hasekedə 1 nəfər olmaqla 54 suriyalı həlak olub.

Qeyd edək ki, son bir həftədə Suriyada Əsəd rejiminin hakimiyyət əleyhdarlarına qarşı təşkil etdiyi hücumlarda 1000-dən çox suriyalı ölüb, çox sayda yaralı var.

Bütün xəbərlər Facebook səhifəmizdə