Suriyada növbəti qətliam: 26 ölü

Suriyada növbəti qətliam: 26 ölü

Suriyanın daxili seqmentlərində yerləşən Hamada rejim güclərinin 26 nəfəri edam etdiyi bildirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, edam edilənlər arasında qadın və uşaqlar da olub.

Suriya İnsan Haqqları Təşkilatı (SNHR) tərəfindən edilən şərhdə, edam prosesinin Hamanın Şeyx Cədid kəndi yaxınlarında yerləşən idarədə həyata keçirildiyi deyilir. Onların sözlərinə görə, edam edilənlərdən bəziləri gülləylə vurulub, bəziləri isə kəsici alətlərlə xəsarət yetirilərək öldürülüb.

Qeyd edək ki, SNHR hadisəni Suriyada mövcud olan rejimin vətəndaşlara qarşı törətdiyi növbəti qətliamı kimi xarakterizə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə