Nazir müavini övladlarının hərəkətinə görə işdən qovuldu

Nazir müavini övladlarının hərəkətinə görə işdən qovuldu

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov baş nazirin müavini, dövlət başçısı aparatının işlər müdiri Xocaməhəmməd Məhəmmədovu işdən qovub. SİA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə qərar hökumətin iclasından sonra Türkmənistanın daxili işlər naziri İsgəndər Mullikov tərəfindən açıqlanıb. İşdən qovulmasına səbəbi isə övladlarının nalayiq hərəkətləri olub.

Nazir bildirib ki, Xocaməhəmməd Məhəmmədovun iki oğlu və kürəkəni dəfələrdə Aşqabadın əyləncə mərkəzlərində, Xəzər sahilindəki turizm zonasında, hətta təyyarə göyərtəsində dava salıblar.

Qeyd edək ki, sabiq nazir müavini Türkmənistan hökumətindəki veteranlardandır və Qurbanqulu Berdıməhəmmədovun ilk prezidentliyindən bu vəzifədə çalışırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə