ABŞ hava məkanından istifadə etməyi qadağan etdi

ABŞ hava məkanından istifadə etməyi qadağan etdi

ABŞ Çinə getməyi planlaşdıran Venesuela prezidentinə ona məxsus hava məkanından istifadə etməyə icazə verməyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda Venesuelanın Xarici İşlər naziri Elias Jaua məlumat verib. O, dövlət başçısının Çinə səfər etmək üçün Porto Riko hava məkanından istifadə etməyi planlaşdırdığını, lakin ABŞ-ın buna qəti etiraz etdiyinə görə istəyinin baş tutmadığını bildirib: "ABŞ hökumətinin və aviasiya səlahiyyətlilərinin bu vəziyyəti yoluna qoymayacağı təqdirdə haqqımızı tələb edərək, hüququmuzun tapdanmasına icaze verməyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə