Nazir müavini: “BMT-nin hesabatı obyektiv olmayıb”

Nazir müavini: “BMT-nin hesabatı obyektiv olmayıb”

"BMT-nin bazar ertəsi Dəməşq ətrafında avqustun 21-də kimyəvi silahın istifadəsi barədə təqdim etdiyi hesabat tam obyektiv olmayıb". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu sözləri Suriyanın baş nazirinin müavini Qədri Cəmil "Qardian" qəzetinə müsahibəsində deyib. O bildirib ki, BMT müfəttişlərinin qənaətinə görə, tərkibində zarin qazı olan raketlər əslində SSRİ-də istehsal olunub. Onun sözlərinə görə, bu raketlər SSRİ-dən 1970-ci ildən ixrac edilib: "Suriya hökumətinə qarşı vuruşan silahlılar kimyəvi silahı Liviyadan Müəmmar Qəddafi rejiminin 2011-ci ildə devrilməsindən sonra əldə ediblər"

Qeyd edək ki, sentyabrın 18-də Kreml administrasiyasının rəhbəri Sergey İvanov bəyan edib ki, Sovet İttifaqı "heç vaxt Suriyaya və hər-hansı digər ölkəyə zarin qazı ilə doldurulmuş raket başlıqları ixrac etməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə