Sudanın qərbində yerləşən Darfur əyalətində iki qəbilə arasında baş verən silahlı qarşıdurmada 51 nəfər həlak olub. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, ər-Rəziqat və Əl-Məaliyə qəbilələri arasında ərazi bölgüsü zamanı yaranan mübahisə qanlı hadisələrlə sona çatıb. Ölənlərlə yanaşı, 45-dən çox insan yaralanıb.
Qeyd edək ki, adıçəkilən qəbilələr arasında ötən ay baş vermiş toqquşmalarda 100-dən çox sudanlı ölüb. Hökumət rəsmiləri qəbilələri barışdırsa da, mübahisə yenidən qızışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB