Meksikada torpaq sürüşməsi nəticəsində 58 nəfər itkin düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Meksikanın cənub-qərbindəki Herrero ştatında yerləşən yaşayış qəsəbəsinin yarısı palçıq kütləsinin altında qalıb.
Yerli televiziyanın canlı efirində çıxış edən ölkə prezidenti Enrike Penya Nyeto bəyan edib ki, xilasedicilər itkin düşən insanların axtarışlarına başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB