BMT Baş Assambleyasının 68-ci sessiyası öz işinə başlayıb

BMT Baş Assambleyasının 68-ci sessiyası öz işinə başlayıb

Dünyanın 193 dövlətinin ümumdünya forumu olan BMT Baş Assambleyasının 68-ci sessiyası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, dövlətlər il ərzində beynəlxalq təhlükəsizlikdən və terrorizmdən tutmuş ölkələrin inkişafının və sülhməramlı əməliyyatların maliyyələşdirilməsinə qədər 174 məsələni müzakirə edəcək. Məlumata görə, müzakirə olunacaq məsələlərdən biri Suriyadakı vəziyyət olacaq.

Qeyd edək ki, assambleyada 90 dövlət başçısı, 50 baş nazir və xarici işlər nazirlərinin iştirak edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə