İraqda 9 partlayış törədilib

Ötən gün İraqda törədilən terror aktları və hücumlar nəticəsində 40 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, paytaxt Bağdadda 9 partlayış törədilib nəticədə 24 nəfər ölüb, 100-dək insan yaralanıb.

Bundan başqa, Əl Fəluca şəhərində üç terrorçu-kamikadze polis məntəqəsinə hücum edib. Hücum 8 nəfərin həyatına son qoyub. Ötən gün həmçinin Mosul şəhərinin ətrafında da hücum olub. Hücum nəticəsində 8 asayiş keşikçisi qətlə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə