BMT Baş Assambleyasının 68-ci sessiyası açılıb

BMT Baş Assambleyasının 68-ci sessiyası açılıb

Dünyanın 193 dövlətinin ümumdünya forumu olan BMT Baş Assambleyasının 68-ci sessiyası açılıb.

Dövlətlər il ərzində beynəlxalq təhlükəsizlikdən və terrorizmdən tutmuş ölkələrin inkişafının və sülhməramlı əməliyyatların maliyyələşdirilməsinə qədər 174 məsələni müzakirə edəcək.

Məlumata görə, müzakirə olunacaq məsələlərdən biri Suriyadakı vəziyyət olacaq.

Assambleyada 90 dövlət başçısının, 50 baş nazirin və xarici işlər nazirinin iştirak edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə