Misirin hakimiyyət orqanları “Müsəlman qardaşlar” assosiasiyasının rəhbərlərinin maliyyə hesablarını dondurublar

Misirin hakimiyyət orqanları “Müsəlman qardaşlar” assosiasiyasının rəhbərlərinin maliyyə hesablarını dondurublar

Yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, sentyabrın 17-də Misirin məhkəmə hakimiyyəti orqanları islamçı "Müsəlman qardaşlar" assosiasiyasının əsas rəhbərlərinin maliyyə hesablarının dondurulması barədə qərar qəbul ediblər.

Rəsmi məlumata görə, bu sanksiyalar hərəkatın ruhani lideri Məhəmməd Badiyəyə, onun müavinləri Hayrat əş-Şaterə və Rəşad əl-Bəyyumiyə, habelə hərəkatın hazırda həbsdə olan iki ruhani rəhbərinə şamil edilib.

Bu şəxslər avqust ayında Misir polisi ilə sabiq prezident Məhəmməd Mürsinin devrilməsinin əleyhinə çıxış edən "Müsəlman qardaşlar" assosiasiyasının fəalları arasında toqquşmalardan sonra tutulub saxlanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə