Böyük Britaniya Təhsil Nazirliyi 5-16 yaşlı uşaqlar üçün kompüter fənləri (curriculum) üzrə yeni tədris proqramını dərc edib. Proqram növbəti dərs ilindən qüvvəyə minəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sənədin əsasını informasiya texnologiyalarının (İT) nəzəri hissəsinin – ilkin informatika və hesablama texnikası, rəqəmli sistemlərin iş prinsipi və proqramlaşdırmanın köməyi ilə bu biliklərdən istifadənin öyrənilməsi təşkil edir. Hazırda qüvvədə olan məktəb proqramı əsasən hazır kompüter proqramlarından istifadənin tədrisi üçün nəzərdə tutulub.
Yeni məktəb proqramının mənimsənilməsi məktəblilərə informasiya texnologiyalarından kompüter proqramlarının, sistem və müxtəlif elektron materialların yaradılmasında tətbiqinə imkan verəcək. Məktəblilər bütün peşələr üçün lazım olan "rəqəmli biliyə" malik olacaqlar.
Proqrama məntiq, alqoritm, mücərrədləşmə və məlumatların verilməsinin əsasının öyrənilməsi daxildir. Məktəblilərə kompüter elmləri terminlərində tapşırıqların təhlilini etmək və bu vəzifələrin həlli üçün proqramlar yazmaq öyrədiləcək. Başlanğıcdan uşaqlara internetdə təhlükəsizlik prinsipləri və davranış məcəlləsi tədris ediləcək. Onlar fərdi məlumatları necə mühafizə etməyi və internetdə şübhəli materiallar və ya şəxsi kontaktlar aşkar edildikdə hara müraciət etməyin lazım olduğunu biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB