Ali Məhkəmənin sədri qəzaya düşüb

Ali Məhkəmənin sədri qəzaya düşüb

Rusiya Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedev Qanada yol qəzasına düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Lebedevin olduğu avtomobil yük maşını ilə toqquşub. Qanada qəzaya uğrayan Lebedev hava nəqliyyatı vasitəsi ilə paytaxt Akkranın xəstəxanalarından birinə çatdırılıb.

Qeyd edək ki, Rusiya Ali Məhkəməsinin sədri Xo şəhərində keçirilən Qana vəkillərinin kollegiyasından qayıdarkən qəzaya uğrayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə