Avtobus dərəyə düşdü, 2 nəfər öldü

Avtobus dərəyə düşdü, 2 nəfər öldü

Kolumbiyada məktəb avtobusunun dərəyə düşməsi nəticəsində 2 nəfər ölüb, 26 nəfər yaralanıb. SİA-nın rus mətbautına istinadən verdiyi xəbərə görə, yeniyetmələr Çikinkira şəhərindən imtahandan evlərinə qayıdarkən qəzaya uğrayıblar. Avtobusda ümumilikdə 40 nəfər olub.

Qeyd edək ki, hadisə Boyaka departamenti ərazisində baş verib. Avtobusun dərəyə düşməsinin səbəbləri hələ də məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə