Əfqanıstan: 27 ölü, 20 yaralı

Əfqanıstanda bədbəxt hadisə baş verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Əfqanıstanda kömür şaxtasının uçması nəticəsində 27 insan həlak olub, 20 fəhlə isə yaralanıb. Məlumatda bildirilir ki, qəza paytaxt Kabulun şimal-qərbindəki Samanqan əyalətindən 200 kilometr aralıda yerləşən dağ-mədən müəssisələrindən birində olub.

Hadisənin dəqiq təfərrüatları və qəza yerində qalmış şaxtaçıların sayı ilə bağlı məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə