Əfqanıstandakı ABŞ konsulluğuna edilən hücum nəticəsində 4 nəfər ölüb, 18 nəfər yaralanıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mari Xarf məlumat verib. O bildirib ki, İranla sərhəddə yerləşən Herat şəhərindəki konsulluğa edilən hücumda ölənlərin sayının artacağı istisna deyil.
Qeyd edək ki, terror hücumunda konsulluğun heç bir əməkdaşı xəsarət almayıb. Lakin təhlükəsizlik tədbiri kimi, ABŞ diplomatları paytaxt Kabilə köçürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB