Nazirlərə xüsusi QADAĞA

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin ( NSA ) gizli şəkildə dünyanın məşhur siyasətçilərinin telefon danışıqlarını izlədiyi məlum olduqdan sonra fransız nazirlərə xarici ölkələrdə istehsal olunan mobil telefonlardan istifadə qadağan olunub. SİA xəbər verir ki, bu barədə Fransa hökuməti məlumat yayıb.

Məlumatda bildirilib ki, artıq nazirlər dünya bazarında satılan telefonlardan istifadə edə bilməyəcək. Əvəzində isə onlar gizli məlumatların ötürülməsi üçün yalnız dövlət tərəfindən istehsal olunan xüsusi telefonlardan istifadə edəcəklər. Bu barədə nazirlərə xüsusi təlimat verən Fransanın baş naziri Jean -Marc Ayrault bildirib ki, mərkəzi Fransada yerləşən "Thales" firması tərəfindən istehsal olunan xüsusi kripto sistemli telefonlar artıq bir neçə gündür Daxili İşlər, Ədliyyə, Müdafiə, Maliyyə və Xarici İşlər Nazirlikləri tərəfindən istifadə edilir: "Nazirlərə tanımadıqları elektron poçtları və zəngləri açmaq qadağan edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə