Keçmiş prezidentin həbs müddəti artırılıb

Keçmiş prezidentin həbs müddəti artırılıb

Cümə günü Misir hökuməti Misirin devrilən prezidenti Məhəmməd Mursinin həbs müddətinin yenidən artırılması barədə qərar qəbul edib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, həbs müddəti 30 gün uzadılıb.

Qeyd edək ki, ötən il prezident seçilən M.Mursi ölkədə başlayan kütləvi etirazlar fonunda iyun ayının 3-də devrilib. Onun tərəfdarları həbsindən sonra bir neçə dəfə kütləvi nümayişlər keçiriblər ki, bu da toqquşlamalarla nəticələnib. Baş verən hadisələrdən sonra Misirdə fövqəladə vəziyyət elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə