ABŞ və Rusiya razılığa gəlib

ABŞ və Rusiya arasında keçirilən Cenevrə görüşündə Suriyada olan kimyəvi silahlar üzrə əldə etdikləri razılaşmanı praktiki olaraq razılaşdırıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ administrasiyasının nümayəndəsi yayıb.

Məlumata görə, tərəflər məsələ ilə bağlı razılığa gəliblər, danışıqlarda həlledici mərhələ başlayıb. Daha öncə ABŞ administrasiyası Suriyanın sərəncamında 1000 ton zəhərləyici maddə ola biləcəyini bildirmişdi.

Qeyd edək ki, tərəflər Cenevrəyə kimyəvi silah üzrə mütəxəssislər komandası ilə gəliblər. Danışıqlar cümə axşamı başlayıb. Cümə günü isə mətbuat konfransı keçirilməsi gözlənilsə də, bu baş verməyib. Danışıqların uzandığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə