BMT-nin kimyəvi silah üzrə ekspertləri Suriyada kimyəvi silahdan istifadə üzrə məruzənin hazırlanmasını başa çatdırıblar. "Assoşieyted Press" agentliyinin məlumatına görə, bunu ekspert qrupunun rəhbəri Oke Sellstrom deyib.
Sənəd təşkilatın baş katibi Pan Gi Muna bazar günü təqdim ediləcək.
O.Sellstromun agentliyə bildirdiyinə görə, hesabatın geniş ictimaiyyətə təqdim edilmə vaxtı hələ müəyyən edilməyib: "Hesabat hazırdır, lakin onun nə vaxt açıqlanacağı baş katibin qərarından asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB