İnternatda baş verən yanğın nəticəsində ölənlərin sayı 37-ə çatıb
Rusiyada internatda baş verən yanğın nəticəsində ölənlərin sayı 37-ə çatıb. SİA-nın məlumatına görə, bunu Rusiya Federasiyası Prokurorluğunun İstintaq Komitəsinin regional idarəsi açıqlayıb. Ümumilikdə içəridə 59 xəstə və işçi olub. Xilasedicilər yanmış binanın dağıntıları altından 15 nəfərin meyitini çıxarıblar. Yanğın nəticəsində 700 kvadrat metr sahəsi olan birmərtəbəli bina tamam yanıb.
Yanğının xəstələrdən birinin siqaretindən yarandığı güman edilir. Hazırda faktla bağlı cinayət işi aparılır.
Qeyd edək ki, yanğın Rusiyanın Novqorod vilayətindəki psixonevroloji internatda baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB