ABŞ Əsədin hakimiyyətdən getməsinə çalışacaq

ABŞ Əsədin hakimiyyətdən getməsinə çalışacaq

ABŞ Əsədin hakimiyyətdən getməsinə çalışacaq. SİA-nın RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Mari Harf deyib.

"Bizim mövqeyimiz dəyişməyib: Əsəd etibarı itirib və gələcək Suriyanın tərkib hissəsi ola bilməz" - deyə Harf bildirib.

Bununla yanaşı, o, deyib ki, ABŞ Suriya hakimiyyətilə kimyəvi silahların ləğvindən sonra işləməyə hazırdır.

Harf həmçinin, Əsəd hakimiyyətini vaxtı uzatmamağa çağırıb və bildirib ki, ABŞ hələ də hərbi zərbə variantını nəzərdən keçirir.

Departamentin nümayəndəsinin sözlərinə görə, ABŞ üç istiqamətdə - Rusiya ilə danışıqları davam etdirəcək, BMT xəttilə fəaliyyət göstərəcək və Suriya müxalifətinə yardım göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə