BMT Suriyadakı kimyəvi silahlara dair məruzənin açıqlanacağı vaxtı bildirmir
BMT Suriyadakı kimyəvi silahlara dair məruzənin açıqlanacağı vaxtı bildirmir. SİA-nın RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu təşkilatın rəsmisi Fərxan Xak deyib: "Mən hələ də məruzənin vaxtı və məzmunu haqqında konkret fikir bildirə bilmərəm".
Qeyd edək ki, BMT-dəki bəzi fransız mənbələr jurnalistlərə bildiriblər ki, Suriyadakı kimyəvi silahlara dair məruzə gələn həftənin bazar ertəsi günü təşkilatın baş katibi Pan Gi Muna təqdim olunacaq. Məhz, bu məruzədə Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə faktı təsdiqlənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB