"ABŞ prezidenti Barak Obama xalqa müraciətində ABŞ əsgərlərinin Suriya ərazisinə daxil olmayacağını və problemin dinc yolla həllini üstün tutduğunu qeyd edib". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, həmçinin kimyəvi silahın istifadəsinə görə Suriyaya qarşı cavab tədbirlərinin Amerikanın milli təhlükəsizliyinin marağında olmasının səbəblərini açıqlayıb.
Obama qeyd edib ki, ABŞ Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etməyib: "Lakin avqustun 21-də Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi uşaqlar da daxil olmaqla 1000-dən çox insanın ölümünə səbəb olub. Belə halın təkrarlanmasının qarşısını almaq üçün hərbi müdaxilənin həyata keçirilməsi zəruridir".
Müraciəti zamanı Obama Rusiyanın Suriyaya məxsus kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi təklifini nəzərdən keçirəcəyini də vəd edib. O vurğulayıb ki, əvvəlcə bunun həyata keçirilməsinin nə dərəcədə real olduğunu yoxlamaq lazımdır.
Obama qeyd edib ki, ABŞ ümid edir ki, Suriyaya hərbi müdaxilə məsələsində beynəlxalq müttəfiqlər onlara dəstək verəcək. O, Amerika ordusunun Əsəd rejiminə təzyiqləri davam etdirmək üçün daim hərbi əməliyyata hazır olacağını da vurğulayıb.
Barak Obama nitqinin sonunda dünyada münaqişələrin nizamlanmasında ABŞ-ın aparıcı rolunu xüsusi qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB