Syüzan Rays: ... başqa imkanı yoxdur

Syüzan Rays: ... başqa imkanı yoxdur

ABŞ-ın Suriyaya qarşı hər hansı hərbi fəaliyyəti növbəti müharibəyə çevrilməyəcək. Bunu ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Syüzan Rays deyib.

Rays hesab edir ki, Suriya rejimi öz xalqına qarşı kimyəvi silahdan istifadə edib və bu, İsrail də daxil olmaqla, region ölkələrinə təhlükə yaradır.

O, bildirib ki, Obama administrasiyasının və ABŞ-ın müttəfiqlərinin Bəşər Əsədin təkrar kimyəvi silahdan istifadəsinin qarşısını almaq üçün başqa imkanı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə