"G-20" zirvə toplantısının yekunları barədə mətbuat konfransı keçirən ABŞ prezidenti Barak Obama "G-20" ölkələrinin Suriya hadisələri ilə bağlı mövqelərini qiymətləndirib. SİA-nın məlumatına görə, Obama bildirib ki, toplantıda bir çox "G-20" ölkə liderləri Bəşər Əsədin 21 avqustda Suriya xalqına qarşı kimyəvi silah istifadəsi mövzusunda eyni fikirdədirlər.
Mətbuat Konfransında Obama Rusiyanın mövzu ilə bağlı mövqeyinə də münasibət bildirib. Onun sözlərinə görə, hazırda Rusiya hökumətinin Suriyaya qarşı müharibə planı yoxdur: "Amma mən düşünürəm ki, Putin baş verən hadisələrə dərindən diqqət etsə, onun mövzu ilə bağlı fikirləri dəyişəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB