2011-ci ilin mart ayından bu günə qədər Suriyada mövcud rejimə qarşı çıxanların başlatdıqları qarşıdurma zamanı 2 min 963 nəfər yalnız işgəncələr həticəsində həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə yerində olan təhlükəsizlik qüvvələrinin işgəncəsi nəticəsində ölənlərin siyahısı tam deyil.
Suriya İnsan Haqları Təşkilatının (SNHR) yaydığı açıqlamaya görə, ölənlərin arasında 87 uşaq, 27 qadın və 124 "Azad Suriya Ordusu"nun üzvü olub. Onlar mövcud rejimin tərəfdarı olan qüvvələr tərəfindən işgəncəyə məruz qalaraq həyatlarını itiriblər.
Təşkilat rəhbərliyə tabe olan qüvvələrin bu dövr ərzində 215 min adamı həbs etdiyini, bunlardan 85 min insanın aqibətinin hələ də məlum olmadığını, eləcə də 9 min məhbusun isə 18 yaşdan aşağı olmasını qeyd edib. Məhbuslar arasında 4 min 500 qadın və 1200 şagirdin olduğu iddia edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB