Öldürülən aksiyaçılarla bağlı açıqlama verilib

Öldürülən aksiyaçılarla bağlı açıqlama verilib

Misirdə baş verən hadisələr zamanı öldürülən aksiyaçılarla bağlı ölkənin Məhkəmə Tibbi Araşdırmalar Mərkəzi açıqlama verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, tibbi mərkəzdən bildirilib ki, aksiyaçılar silahdan atəş açılaraq qətlə yetiriliib. Bununla bağlı hesabat hazırlanaraq Misirin baş prokuroruna təqdim edilib. Hesabatda ölənlərdən çoxunun başlarına aldığı güllə yarası nəticəsində, digərlərinin isə bədənlərinin müxtəlif nahiyələrindən aldıqları ağır yaralar və ya daxili qanaxma nəticəsində öldüyü bildirilir.

Xatırladaq ki, "Müsəlman Qardaşları" Təşkilatı (İxvan) ordunu çevriliş əleyhdarlarını qətlə yetirməkdə ittiham etsə də, ölkənin daxili işlər naziri Məhəmməd İbrahimi aksiyaçıların hündürmərtəbəli binalardan təhlükəsizlik qüvvələrini atəşə tutduqlarını, polisin isə aksiyaçılara bir güllə belə atmadığını iddia edib.

Bütün xəbərlər Facebook səhifəmizdə