İngiltərənin hərbi gəmisi Bodrumdadır

İngiltərənin hərbi gəmisi Bodrumdadır

İngiltərənin Kraliyət Donanmasına aid "RFA Mounts Baya" adlı hərbi gəmi bu gün səhər saatlarında Türkiyənin Muğla vilayətinin Bodrum limanına yaxınlaşıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bodrum limanında hərbi gəmi ərzaq və digər ehtiyaclarla təmin edilib. Uzunluğu 176 metr, eni isə 26 metr olan gəminin heyyəti 360 hərbiçidən ibarətdir.

İlkin məlumata görə, bir həftə Bodrum limanında qalacaq "RFA Mounts Baya" Suriyaya qarşı hərbi əməliyyatlarda iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə