ABŞ-ın bir sıra böyük şəhərlərində müharibə əleyhinə etiraz aksiyaları keçirilib
ABŞ-ın bir sıra iri şəhərlərində Suriyaya hərbi müdaxilə əleyhinə etiraz aksiyaları keçirilib. Xarici agentliklərin verdiyi məlumata görə, aksiyalar Nyu-York, Vaşinqton, İndianapolis, Çikaqo və Boston şəhərlərində baş tutub.
Aksiya iştirakçıları "Suriya ilə müharibəyə yox", "Yalan üzərində qurulmuş daha bir müharibəy istəmirik" kimi şüarlar səsləndiriblər.
Polis dinc aksiyaya müdaxilə etməyərək aksiya iştirakçılarını müşayiət edib. Ancaq aksiya iştirakçıları mərkəzi yolları bağlamaq istəyərkən polis bunun qarşısını alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB