Litvanın xarici işlər naziri Linas Linkyavuçis erməni həmkarı Edvard Nalbandyanla görüşdən sonra Ermənistanın Gömrük İttifaqına daxil olması barədə açıqlama verib. Məlumatına görə, litvalı nazir Ermənistanın bu addımının Avropa Birliyinə inteqrasiya və azad ticarət zonasında iştirak etmək məqsədləri ilə ziddiyyət təşkil etdiyini bildirib: "Biz Ermənistanın iradəsinə hörmət edirik. Ancaq Gömrük İttifaqına qoşulma qərarı Ermənistanın Avropaya inteqrasiya və AB-i ilə əməkdaşlıq ambisiyalarını azaltdığını vurğulamaq lazımdır".
Linas Linkyavuçisin sözlərinə görə, Ermənistan Şərq Tərəfdaşlığı məsələsində, eləcə də AB-yə assosiativ üzvlük məsələsində hazırkı vəziyyətə 5 il ərzində nail olunub. Onun dediyinə görə, Ermənistanın xarici işlər nazirinin səfəri ölkənin Avropa İttifaqı ilə əməkdaşlıq və Şərq tərəfdaşlıqda iştirak etmək istədiyini göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB