Almaniya Suriyada kimyəvi silahdan istifadəyə görə, sərt reaksiyanın verilməsini tələb edən bəyanata qoşulan 20-ci dövlət oldu. Bu haqda Almaniyanın XİN rəhbəri Qido Vestervelle məlumat verib: "Almaniyanın kansleri Angela Merkel və mən birgə bəyanatın dəstəklənməsi haqqında qərar qəbul etdik".
Qeyd edək ki, sözügedən bəyanat ABŞ-ın BMT-nin mandatı olmadan Suriyaya qarşı hərəkətə keçməsini nəzərdə tutur.
Ağ Evin yaydığı bəyanatı Avstraliya, Kanada, Fransa, İtaliya, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İspaniya, Türkiyə, Böyük Britaniya və ABŞ imzalayıb. ALmaniya isə bu bəyanata qoşulan 5-ci Avropa dövləti oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB