Suriyanın talehi sentyabrın 11-də müəyyənləşdirilə bilər

Suriyanın talehi sentyabrın 11-də müəyyənləşdirilə bilər

ABŞ Senatı Suriya ilə bağlı qətnamə layihəsinə baxılmasını formal olaraq qəbul edib, səsvermə sentyabrın 11-də baş tutacaq. Bu barədə cümə günü Politico qəzeti məlumat verir.

Bundan öncə Suriyaya qarşı hərbi zərbənin vurulması üçün icazə verən administrasiyasının qətnamə layihəsi, senatın profil komitəsi tərəfindən bəyənilib. Qətnamə qüvvəyə minməsi üçün konqresin nümayəndələr palatası tərəfindən də bəyənilməlidir.

Nümayəndələr palatasında ən azı iki alternativ qətnamə hazırlanır.

Senatın hazırladığı sənədin layihəsi Suriyaya qarşı güc tətbiqi üçün 90 gün müddətinə sanksiya nəzərdə tutur. ABŞ Prezidenti Barak Obama Suriyada kimyəvi silahların gələcək istifadəsi qarşısının alınması ilə əlaqədar hərbi əməliyyatlara dəstək üçün konqresə müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə