G20 sammitində Rusiya ABŞ-ı ittiham etdi GƏRGİNLİK

G20 sammitində Rusiya ABŞ-ı ittiham etdi GƏRGİNLİK

Rusiya Dövlət Duması beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov G20 sammitində çıxışı zamanı ABŞ-ı Suriyanı parçalamaqda ittiham edib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, komitə rəsmisi deyib ki, ABŞ Bəşər Əsədi devirmək üçün Suriyaya qarşı güclü hücum planı hazırlayıb: "Daha öncə Suriyada müharibə istəmədiyini deyən Obama artıq fikrini dəyişib. O, Suriyaya təkcə hücum etmək fikrində deyil. Obama eyni zamanda Suriyada güclü hərbi əməliyyatlar da planlaşdırıb".

Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov G20 sammiti çərçivəsində təşkil olunan mətbuat konfransında bildirib ki, Rusiya Suriya sahillərinə daha bir gəmi göndərib. Onun sözlərinə görə, əgər gərginlik artsa, o zaman Suriyada yaşayan Rusiya vətəndaşları bu gəmi vasitəsilə evakuasiya ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə