Misirin daxili işlər nazirinə qarşı sui-qəsd cəhdi olub

Misirin daxili işlər nazirinə qarşı sui-qəsd cəhdi olub

Misirin Daxili İşlər nazirinə qarşı sui-qəsd cəhdi olub. SİA Misirin "Əl Əhram" agentliyinə istinadən xəbər verir ki, sui-qəsd cəhdi nazirin maşın karvanı hərəkətdə olarkən baş verib.

"Reuters"in yaydığı xəbərə görə isə, nazirin evi qarşısında avtomobil partladılıb və dörd nəfər həlak olub.

Verilən xəbərlərə görə, nazir sui-qəsddən xilas olmağı bacarıb.

Qeyd edək ki, hələlik nazirə qarşı sui-qəsd törədən şəxs və qruplaşmanın adı bilinmir. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə