Ağ Ev Suriya ilə qətnamənin qəbulunu alqışlayıb

Ağ Ev Senatın xarici əlaqələr komitəsinin Suriya ilə qətnaməni qəbul etməsini alqışlayır. SİA-nın RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Cey Karni deyib.

"Qətnamənin dəstəklədiyi hərbi əməliyyatla Əsədin kimyəvi silahdan istifadə etmək imkanlarını məhdudlaşdırmaqla Amerikanın milli təhlükəsizliyini təmin edəcək və gələcəkdə də kimyəvi silahdan istifadənin qarşısını alacaq" - deyə Karni bildirib.

O, söyləyib ki, Ağ Ev Suriyanın siyasi konversiyası üçün mövqeyini daha da möhkəmləndirəcək: "Biz hərbi əməliyyat üçün hər iki partiyanın dəstəyini almaq üçün işləməyə davam və ABŞ-ın təhlükəsizlik sahəsində milli maraqlarını müdafiə edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə