Belçika XİN: Suriyaya zərbə endirmək üçün kimyəvi silaha dair faktlar olmalıdır

Belçika XİN: Suriyaya zərbə endirmək üçün kimyəvi silaha dair faktlar olmalıdır

Suriyaya zərbə endirmək üçün kimyəvi silaha dair faktlar olmalıdır. SİA-nın RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Belçikanın xarici işlər naziri Didye Reynders deyib.

"Lakin bizdə inkarolunmaz faktlar yoxdur" - deyən XİN rəhbəri sübutlara sahib olan dövlətləri onları açıqlamağa çağırıb.

Belçikanın xarici işlər naziri ölkəsinin BMT TŞ-nin qətnaməsi olmadan Suriyaya qarşı hər hansı əməliyyatda iştirak etməyəcəyini də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə