Əfqanıstanın cənub vilayətlərindən biri olan Uruzqanda əslən əfqan olan, lakin Amerika vətəndaşlığını qəbul edən əsirin Taliban üzvləri tərəfindən ağır işgəncələrə məruz qalması dünya mətbuatında böyük əks-səda doğurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, işgəncənin əks olunduğu video digərlərinə nümunə olsun deyə Taliban üzvləri tərəfindən çəkilərək Əfqanıstanın mediya orqanlarına göndərilib.
Əsirin günahı isə mobil telefonunda Talibana qarşı mübarizə aparan Xəzər təşkilatının rəhbəri Abdul Hakim Şujaee adlı şəxslə birlikdə çəkdirdiyi şəklin tapılması olub. Video görüntülərdə Taliban üzvləri əsiri amansızlıqla döyürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB