İranın İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Əli Cəfəri ABŞ-a kömək edən ölkələrə xəbərdarlıq edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o bildirib ki, Suriya məsələsində ABŞ-ın yanında olacaq ölkələri ciddi təhlükəsizlik böhranı gözləyir. Əli Cəfəri ad çəkməsə də, bu təhdidin əsasən Türkiyənin ünvanına deyildiyi məlum olub.
Qeyd edək ki, Suriya məsələsində ABŞ-a dəstək verən İsrailin ciddi təhlükəsizlik problemi yoxdur. Bu ölkə İsrail-Fələstin münaqişəsi fonunda təhlükəsizliyini ən yüksək səviyyədə təmin edə bilib. Türkiyənin isə İsraillə müqayisədə təhlükəsizliklə bağlı ciddi problemləri var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB