Türkmənistanın İranla sərhədində 1 ton narkotik maddə ələ keçirildi
Türkmənistanın İranla həmsərhəd ərazisində bir tondan çox narkotik maddə aşkar olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistanın prezidenti Qurbanqulu Berdimuhamedovun rəhbərliyi ilə təşkil olunan Milli Təhlükəsizlik Şurasının konfransında məlumat verilib. Berdimuhamedov çıxışı zamanı, Türkmənistanın Sərhəd Qüvvələri əməkdaşlarının Səraxsi şəhəri yaxınlığında yerləşən, Nevruzabat sərhəd keçidində 1050 kiloqram tiryək saqqızı ələ keçirdiyini söyləyib.
Narkotika ilə mübarizədə bundan sonra daha da güclü iş rejiminə keçiləcəyini deyən Berdimuhamedov, əməliyyata qatılan əsgərlərin dövlət tərəfindən mükafatlandırılacağını da bildirib.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının iclasından sonra mükafatlandırma mərasimi təşkil edilib. Əməliyyata qatılan bütün əsgərləri "Vətən sevgisi" medalı və saat ilə mükafatlandıran Berdimuhamedov, onlara vəzifəsində uğurlar diləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB