Putinin delfinlərlə dostluğu

Rusiyanın dövlət başçısı Vladimir Putin, 5-6 Sentyabr tarixlərində, Sankt Peterburqda keçiriləcək G20 zirvə toplantısından öncə asudə vaxtını suiti və delfinlərlə keçirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, prezident sözügedən ölkənin Vladivostok şəhərinin Ruskiy adasında bəslənən delfinlərə toxunaraq stresini atmaq qərarına gəlib. Hər zaman öz qeyri-adi səyahətləri ilə gündəmdə qalan Putin, bu dəfə də suda rəqs edən heyvanlarla əl uzadaraq, salamlaşmağı unutmayıb. O, adada inşası davam edən okean akvaryumlarında görülən işin gedişatı ilə də maraqlanıb.

Qeyd edək ki, 3 hektarlıq sahədə inşa edilən mərkəzə 11 milyon rubl (330 min dollar) vəsait ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə