Ölkələrində baş verən daxili çaxnaşmadan və kimyəvi silah hücumundan qorxan suriyalıların Türkiyəyə axını durmadan artır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, əksəriyyətini qadın və uşaqlar təşkil edən Suriya vətəndaşlarının Türkiyəyə gəlişi, əsasən sözügedən ölkənin Reyhanlı mahalında yerləşən Cilvegözü Sərhəd keçid məntəqəsində çoxluq təşkil edir. Türkiyə Sərhəd Xidmətindən verilən açıqlamaya görə, onların sayı bir həftə ərzində 8 mindən çox olub. Eyni zamanda ölkələrində baş verən qarşıdurma zamanı ağır yaralanan 50-dən çox suriyalının Türkiyə xəstəxanalarına gətirilərək müalicə olunduğu da deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB