Fransada sərxoş qadın 24 nəfərin yaraladl

Fransada sərxoş qadın 24 nəfərin yaraladl

Fransanın Lil şəhərində 34 yaşlı qadın gecə saatlarında idarə etdiyi avtomobili kafelərin birinin qarşısında istirahət edən insanların üzərinə sürmüşdür. Hadisə nəticəsində 24 nəfər yaralanmışdır. Onlar dərhal xəstəxanaya yerləşdirilmişlər.

Yaralıları ilkin müayinədən keçirən həkimlər ciddi xəsarət alan 7 nəfərin vəziyyətinin ağır olduğunu bildirmişlər.

Polis hadisəni törədən qadını həbs etmişdir. Dindirmə zamanı qadının sürücülük vəsiqəsinin olmadığı və maşını içkili vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir.

Hadisəni törədən qadına cinayət işi açılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə