İraqda 22 nəfər ölüb, 37 nəfər yaralanıb

İraqda 22 nəfər ölüb, 37 nəfər yaralanıb

İraqın Əl-Əsri bölgəsində yol kənarına atılmış bomba partlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bölgə əhalisi partlayış olan əraziyə toplandıqdan sonra həmin yerdə ikinci partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 37 nəfər xəsarət alıb.

Ərazi üzrə polis bölməsindən verilən məlumata görə, yerli vaxtla saat 18:50-də baş verən hadisədə yaralananların vəziyyətinin ağır olduğundan ölü sayının artacağı istisna olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə