Alyaskanın cənub-qərbində Aleut adalarında 7 bal gücündə zəlzələ olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin yerli saatla səhər 08:25-də, Adak şəhərindən 88,5 kilometr cənun-qərbdə baş verdiyini deyib. Zəlzələnin ardınca sunami olacağı barədə xəbərdarlıq edilməsə də, Sakit okeanda son zamanlar torpaq sürüşmələrinin olduğu açıqlanıb. Bu isə Alyaska Sunami Xəbərdarlıq Mərkəzi tərəfindən sunaminin baş verəcəyinə xəbərdarlıq kimi qiymətləndirilib.
İlkin məlumata görə, təxminən 1 dəqiqə davam edən zəlzələdə ölən və ya yaralanan olmayıb.
Qeyd edək ki, təxminən 12 min insanın yaşadığı Aluet adaları 150 adadan və qayalıqlardan ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB