Azad Suriya Ordusu (ASO) paytaxt Dəməşqin Şərqi Quta bölgəsinə atılan kimyəvi silahın törətdiyi faciə nəticəsində həlak olan insanların qatilinin öldüyünü açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada ASO əsgərlərinin sözügedən hadisədə günahkar bilinən general Məhəmməd Aslanı öldürdüyü bildirilib.
Qeyd edək ki, Suriya rejimi tərəfindən ötən həftə kimyəvi silahla təşkil olunan hücumda aralarında qadın və uşaqlar da olmaqla 1300 nəfər ölüb, 3500-dən çox suriyalı isə yaralanıb. Hadisə beynəlxalq aləmdə ictimai müzakirəyə səbəb olub, hazırda xarici dövlətlərin Suriyaya müdaxiləsi ilə bağlı müzakirələr davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB